İran Quql sistemini də blokladı

08:06 - 26 Sentyabr 2022

İran Quql sistemini də blokladı

İranda artıq bir həftədən çoxdur davam edən kütləvi etirazlardan vahiməyə düşən ölkə hakimiyyəti Quql axtarış sistemini bloklayıb.

 

Manset.az xəbər verir ki, bu, etirazlarla bağlı məlumatların və görüntülərin dünyaya yayılmasının qarşısını almaq məqsədilə edilib.

Qeyd edək ki, ötən günlərdə İran hökuməti Vatsap, Teleqram, daha sonra Tvitter sosial şəbəkələrinə girişi məhdudlaşdırıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az