Əli Əsədovla Mixail Mişustin görüşdü - FOTO

15:57 - 06 Oktyabr 2022

Əli Əsədovla Mixail Mişustin görüşdü - FOTO

Baş nazir Əli Əsədov oktyabrın 6-da Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada Rusiya Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.

 

Manset.az xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanıb.

Həmçinin ikitərəfli gündəliyin bir sıra praktiki məsələləri, o cümlədən iqtisadi-ticari, nəqliyyat, energetika və humanitar sahələrə aid məsələlər nəzərdən keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az