Qarabağda birinci və ikinci müharibələr zamanı baş verən bütün hadisələr, o cümlədən hərbi cinayətlərin əlamətlər hərtərəfli təhlil tələb edir.
Manset.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözcüsu Mariya Zaxarova ənənəvi brifinq zamanı news.ru saytının əməkdaşının sualını cavablandırarkən deyib.
O, Bakının bəzi dövlətlərin Ermənistanı 4 min itkin düşmüş şəxsin taleyi, habelə onların dəfn olunduğu yerlər barədə məlumat verməyə çağırmaması ilə bağlı bəyanatlarını belə şərh edib.
“Bütün belə hallar, o cümlədən müharibə cinayətlərinin əlamətləri dərhal və hərtərəfli təhlil tələb edir. Biz ondan çıxış edirik ki, tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişin (10 noyabr 2020-ci il. – red.) bütün müddəalarına, o cümlədən həll edilməmiş məsələlərin həlli baxımından əməl etməlidir. Bu, həm də hərbi əsirlərin mübadiləsinə, itkin düşənlərin taleyinin öyrənilməsinə, regionda mədəni-humanitar irsin qorunmasına da aiddir”, - Zaxarova bildirib.