“Ermənistan Azərbaycanla dərhal sülh müqaviləsini imzalasın” - Ərdoğan

23:28 - 06 Oktyabr 2022

“Ermənistan Azərbaycanla dərhal sülh müqaviləsini imzalasın” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamağa çağırıb.

 

Manset.az xəbər verir ki, Dövlət başçısı bunu Praqada mətbuat konfransı zamanı bəyan edib.

O, qeyd edib ki, Türkiyə Ermənistanla normallaşma prosesində heç bir ilkin tələb irəli sürmür.

“Bizim ilkin şərtimiz yoxdur. Sadəcə olaraq Azərbaycanla aranızda sülh müqaviləsini imzalayın deyirik. Bundan sonra bizimlə bağlı heç bir problem qalmaz”, - deyə Ərdoğan bildiirb.

Prezident vurğulayıb ki, Türkiyə-Ermənistan-Azərbaycan münasibətlərini tez bir zamanda istiləşdirmək və bu məsələni həll etmək istəyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az