Prezident mühüm SƏRƏNCAM imzaladı

11:07 - 03 Fevral 2023

Prezident mühüm SƏRƏNCAM imzaladı

Prezident İlham Əliyev “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu imzalamaq səlahiyyətinin verilməsi barədə sərəncam imzalayıb.

 

Manset.az xəbər verir ki, sərəncamla “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13 nömrəli Protokolunu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu Sərəncamındagöstərilən Protokolu Azərbaycan Respublikası adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin Nəcəf oğlu İsmayılova verildiyi barədə Avropa Şurasının Baş katibinə bildiriş göndərmək tapşırılıb.

 

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az