Güney Azərbaycanda yaşayan soydaşlarımız Təbrizin "Traktor Sazi" futbol klubunun oyunu zamanı Türkiyədəki zəlzələ qurbanlarını yad ediblər.
Manset.az xəbər verir ki, onlar Türkiyə və Azərbaycanla bağlı şüar səsləndiriblər:
"Azərbaycan var olsun, Türkiyə başın sağ olsun!"
“Traktor” klubu səfərdə “Havadar”ın qonağı olub. Matç Təbriz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu Qustavo Vaqenin vurub.