Əli Əsədov Kamboca rəsmisi ilə görüşdü

19:56 - 08 Mart 2023

Əli Əsədov Kamboca rəsmisi ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 8-də ölkəmizdə səfərdə olan Kamboca Krallığı Milli Assambleyası sədrinin müavini xanım Xuon Sudari ilə görüşüb.

 

Bu barədə Manset.az-a Nazirlər Kabinetindən bildirilib.

Görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumu qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün mühüm platforma kimi səciyyələndirilib.

Azərbaycanla Kamboca arasında yaxın siyasi əlaqələrin mövcud olduğu bildirilib, iqtisadi, humanitar və digər sahələrdə də münasibətlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə Azərbaycan-Kamboca əməkdaşlığının müxtəlif sahələrdə perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az