Türkiyədə təhsil alan tələbələr Azərbaycana bu qaydada qayıdacaqlar - RƏSMİ

15:30 - 20 Aprel 2023

Türkiyədə təhsil alan tələbələr Azərbaycana bu qaydada qayıdacaqlar - RƏSMİ

Türkiyədə təhsil alan tələbələrin Azərbaycana qayıdışı qaydası açıqlanıb.

 

Manset.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən (ETN) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda Türkiyədə 27 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır.

Rəsmi məlumata görə, həmin tələbələrin ölkəyə qayıdışı onların təhsil aldıqları ali təhsil müəssisəsindəki təhsilin təşkili formasına uyğun olaraq, şəxsi seçimləri əsasında tənzimlənir:

“Azərbaycana qayıtmaq üçün hansısa müraciət-qeydiyyat prosesinə zərurət olmadığından onların müvafiq sərhəd-buraxılış məntəqələrindən ölkəyə girişi aidiyyəti dövlət qurumları tərəfindən idarə edilir.

Elm və Təhsil Nazirliyində xaricdə, o cümlədən Türkiyədə yalnız dövlət hesabına təhsil alan Azərbaycan vətəndaşlarının qeydiyyatı aparıldığından şəxsi vəsait hesabına bu ölkədə təhsil alan Azərbaycana giriş edənlərin sayı barədə nazirlikdə məlumat mövcud deyil. Həmin şəxslərin hansı sərhəd-buraxılış məntəqələrindən ölkəyə buraxılmalarını aidiyyəti dövlət qurumu müəyyən edir”.

Qeyd edək ki, Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilən qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan mayın 10-dək quru sərhədləri vasitəsilə Azərbaycana daxil olmalarına icazə verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az