Türkiyədə Azərbaycan hərbçiləri belə qarşılandı - FOTO

19:20 - 30 Aprel 2023

Türkiyədə Azərbaycan hərbçiləri belə qarşılandı - FOTO

Türkiyənin Qars şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində iştirak üçün bu ölkəyə səfər etmiş bir qrup hərbi qulluqçumuzun qarşılanma mərasimi keçirilib.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Qardaşlarımız gəlib, xoş gəlib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin 14-cü Mexanikləşdirilmiş Atıcı Briqadanın komandanlığımız tərəfindən qarşılanma mərasimi keçirilib. Mərasimdə bayrağın təhvil-təslim mərasimi də keçirilib", - nazirliyin məlumatında bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az