Vaşinqtonda ABŞ dövlət katibi ilə Ceyhun Bayramov arasında görüş başlayıb - FOTO

17:56 - 01 May 2023

Vaşinqtonda ABŞ dövlət katibi ilə Ceyhun Bayramov arasında görüş başlayıb - FOTO

Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli görüş başlayıb.

 

Manset.az xəbər verir ki, görüş Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində keçirilir.

Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair danışıqların gedişatını və sülh sazişinin layihəsini müzakirə edirlər.

İkitərəfli görüşdən sonra C.Bayramov, E.Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az