Şuşada ilk DOST mərkəzi açılacaq

19:58 - 02 May 2023

Şuşada ilk DOST mərkəzi açılacaq

Tezliklə Bərdə və Şuşa şəhərlərində növbəti DOST mərkəzlər istifadəyə veriləcək.

 

Manset.az xəbər verir ki, bu barədə DOST Agentliyinin mətbuat katibi Şahin Əliyev APA-nın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, Mərkəzin yaxın zamanlarda vətəndaşlara xidmətə başlayacağı gözlənilir:

"Bu, Qarabağ iqtisadi rayonunda ilk DOST mərkəzi olacaq. Qarabağda daha bir DOST mərkəzi Şuşa şəhərində fəaliyyət göstərəcək. Mərkəzin yerləşəcəyi binada hazırda təmir işləri aparılır. Eyni zamanda Qubada və Naxçıvanda DOST mərkəzləri üçün binaların tikintisi davam edir".

Xatırladaq ki, hazırda beşi Bakıda, biri Abşeron rayonunda olmaqla altı DOST mərkəzi fəaliyyət göstərir. Həmçinin Şərqi Zəngəzur İqtisadi rayonunda, Zəngilanın Ağalı kəndində Smart DOST məntəqəsi sakinlərin ixtiyarına verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az