Azad edilmiş ərazilərdə aşkarlanmış minaların sayı açıqlandı

18:39 - 10 İyul 2023

Azad edilmiş ərazilərdə aşkarlanmış minaların sayı açıqlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

 

ANAMA-dan Manset.az-a verilən məlumata görə, iyulun 3-dən iyulun 8-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 19 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 271,82 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az