Həddindən artıq istilərin təsirli olduğu Küveytdə cəsədlərin gecə basdırılmasına qərar verilib.
Manset.az Küveyt mətbuatına istinadən xəbər verir ki, meyitlər iyul və avqust aylarında gecə dəfn oluna bilər. Küveytdə çıxan “Ər-Ray” qəzetinin xəbərində bu qərarın həyata keçirilməsi üçün Vəqflər Nazirliyindən fətva alındığı bildirilib.
Dəfn işlərinin asanlaşdırılması məqsədi ilə dəfnlərin şam və gecə namazı arasında qılınacağı bildirilib və bələdiyyələr tərəfindən vətəndaşlara işıqlandırma və digər xidmətlər də göstəriləcəyi bildirilib.
Jalə
Manşet.az