(İƏT) Özbəkistandakı prezident seçkilərini "demokratik proses" adlandırdı

11:29 - 11 İyul 2023

(İƏT) Özbəkistandakı prezident seçkilərini \"demokratik proses\" adlandırdı

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bildirib ki, iyulun 9-da Özbəkistanda keçirilən prezident seçkiləri bu ölkədə demokratiyanın inkişafı baxımından mühüm addım olub.

 

Manset.az Təşkilatın baş katibliyinə  istinadla bildirir ki təşkilatın Baş katibliyinə istinadla xəbər verir ki, İƏT-in bəyanatında deyilir: “Özbəkistan Respublikası hökumətinin dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) müşahidə missiyası bu ölkədə keçirilmiş prezident seçkilərində iştirak edib. Missiyaya təşkilatın Afrika ölkələri üzrə direktoru, səfir Boubakar Adamou rəhbərlik edib. İƏT-in Özbəkistandakı prezident seçkilərini müşahidə etməsi təşkilatın Nizamnaməsinə, İƏT Seçki Müşahidəçilərinin Davranış Kodeksinə və 2005-ci il Beynəlxalq Seçki Müşahidəsinin Prinsipləri Bəyannaməsinə uyğun olaraq üzv dövlətlərdə demokratiya və yaxşı idarəçiliyi təşviq etmək üzrə davamlı səylər çərçivəsində həyata keçirilib. İƏT-in müşahidəçiləri Özbəkistan xalqının öz səsvermə hüquqlarını dinc şəraitdə həyata keçirməsi baxımından səsvermə prosesinin yaxşı təşkil olunduğunu qeyd ediblər. Beynəlxalq müşahidəçilərin mətbuat üçün keçirdiyi brifinqdə İƏT-in missiyasının rəhbəri seçkilərin dinc şəraitdə keçirilməsindən məmnunluğunu ifadə edib və təşkilatın Baş katibinin Özbəkistan xalqına və ölkədə davam edən demokratik prosesə, dəyərlərə və sosial-iqtisadi inkişafa sadiqliyinə görə 87,05 faiz səslə yenidən seçilən prezident Şavkat Mirziyoyevə təbriklərini çatdırıb”.

Bəyanatın sonunda qeyd edilib ki, İƏT demokratiyanın möhkəmləndirilməsi, yaxşı idarəetmə, sosial-iqtisadi inkişaf və insan hüquqlarının təşviqi istiqamətində təşkilatın mühüm və fəal üzv dövləti olan Özbəkistan Respublikasının göstərdiyi səylərə dəstək vermək öhdəliyini bir daha təsdiq edir.

 

Manşet.az

 

 

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az