Nazir özünün yaxın qohumunu yüksək vəzifəyə təyin etdi - FOTO

18:05 - 11 İyul 2023

Nazir özünün yaxın qohumunu yüksək vəzifəyə təyin etdi - FOTO

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov qohumuna yüksək vəzifə verib. 

 

Manset.az 32gun.az-a istinadən xəbər verir ki, nazir Fərid Qayıbovun əmri ilə xalası nəvəsi Teymur Babazadə yeni yaradılan Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, Teymur Babazadə ötən ilin avqust ayından etbarən – Mikayıl Cəfərzadə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunduqdan sonra qeyd olunan vəzifəni müvəqqəti icra edirdi. Buna qədər isə Teymur Babazadə Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının Gənclər Birliyinin sədri vəzifəsində çalışıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az