SON DƏQİQƏ! Müdafiə nazirliyindən təcili məlumat - Hərbçimiz yaralandı

18:08 - 11 İyul 2023

SON DƏQİQƏ! Müdafiə nazirliyindən təcili məlumat - Hərbçimiz yaralandı

İyulun 11-i saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Bu barədə Manset.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdullayev Hüseyn Arif oğlu yaralanıb.

Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az