İsrail ordusu şimal sərhədində yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

21:54 - 28 Oktyabr 2023

İsrail ordusu şimal sərhədində yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

İsrail ordusunun ölkənin şimalındakı bölmələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

 

Manset.az xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib.

“Şimal komandanlığı bölmələrinin son günlər uğurla həyata keçirdiyi əməliyyatlardan sonra Hizbullahın İsrail vətəndaşlarına və ordusunun şəxsi heyətinə zərər vurmaq cəhdlərinin qarşısını almaq üçün şimal sərhədi boyunca ordu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib”, - deyə Herzi Halevi bildirib.

O əlavə edib ki, İsrail hərbi rəhbərliyi bütün istiqamətlərdə baş verən hadisələri diqqətlə izləyir və hər cür hadisələrə cavab verməyə hazırdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az