Hədəfimiz Türkiyəni ilk 10 dövlət sırasında görməkdir

19:22 - 29 Oktyabr 2023

Hədəfimiz Türkiyəni ilk 10 dövlət sırasında görməkdir

“Hədəfimiz Türkiyəni dünyanın ən güclü iqtisadiyyatına malik ilk 10 dövləti sırasında görməkdir”.

 

Manset.az  xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

O qeyd edib ki, hazırki dövr Türkiyə üçün çox önəmli bir zamandır: “Belə ki, Türkiyənin bir tərəfdən 100 illik modernləşmə, inkişaf yolunu xatırlatma, digər tərəfdən yeni bir 100 ilə girişinin ifadəsi baxımından olduqca vacibdir. Cümhuriyyətimizin qurucusu qazi Mustafa Kamal Atatürkün “ən böyük əsərim Cümhuriyyətdir” dediyi Türkiyəni ötən 100 ildə daha da inkişaf etdirib, böyük və güclü dövlətə çevirdik”.

C.Bağcı vurğulayıb ki, bundan sonra Türkiyə əsrini planlayırıq və yeni hədəfimiz Türkiyəni dünyanın ən güclü iqtisadiyyatına malik ilk 10 dövləti sırasında görməkdir: “Bu gün güclü Türkiyənin inşa edilməsində siyasətçilərimizin, elm adamlarımızın, son 20 ildə isə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük əməyi var”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az