Mariya Buriç Əli Nağıyevə təşəkkür etdi

00:27 - 31 Oktyabr 2023

Mariya Buriç Əli Nağıyevə təşəkkür etdi

Avropa Şurasının baş katibi Mariya Buriç Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə təşəkkür edib.

 

Manset.az xəbər verir ki, bu barədə Buriç özünün “X” hesabında yazıb.

“Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin Orqan alverinə qarşı Konvensiyanı imzalamasına görə cənab Əli Nağı oğlu Nağıyevə təşəkkür edirik”, - deyə o bildirib.

Qeyd edək ki, Avropa Şurasının Orqan alverinə qarşı Konvensiyası hökumətləri canlı və ya ölmüş donorlardan insan orqanlarının qanunsuz çıxarılmasını cinayət kimi müəyyən etməyə çağırır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az