Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyi yaradıldı

19:24 - 03 Noyabr 2023

Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyi yaradıldı

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.

 

Manset.az  xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov fərman imzalayıb.

Fərmana əsasən, “Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” və “Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strukturu” təsdiq edilib.

Agentliyin nəzdində Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparatı (şöbələr və sektorlar) və Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələri fəaliyyət göstərəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az