Türk dövlətlərinin liderləri Şuşada toplaşacaq - Tarix açıqlandı

20:23 - 03 Noyabr 2023

Türk dövlətlərinin liderləri Şuşada toplaşacaq - Tarix açıqlandı

Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi toplantısı keçiriləcək.

 

Manset.az xəbər verir ki, bu barədə noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə qeyd edilib.

Toplantının gələn il keçirilməsi planlaşdırılır.

"Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçıları Azərbaycanın 2024-cü il aprelin sonu və ya mayın əvvəlində Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi toplantısının təşkili təklifini qeyd edirlər", - Bəyanatda vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az