"Almaniya Azərbaycanın üzləşdiyi mina probleminə kömək göstərməyə hazırdır" - XİN rəhbəri

18:26 - 04 Noyabr 2023

\"Almaniya Azərbaycanın üzləşdiyi mina probleminə kömək göstərməyə hazırdır\" - XİN rəhbəri

"Almaniya Azərbaycanın üzləşdiyi humanitar mina probleminin aradan qaldırılmasına kömək göstərməyə hazırdır".

 

Manset.az xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Almaniyanın xarici işlər naziri ölkəsinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və bu xüsusda Avropa İttifaqının dəstəyi ilə aparılan Brüssel platformasını dəstəklədiyini diqqətə çatdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az