"Açıq şəkildə bəyan etmişəm ki, Qarabağ Azərbaycan ərazisidir" - Berbok

21:11 - 04 Noyabr 2023

\"Açıq şəkildə bəyan etmişəm ki, Qarabağ Azərbaycan ərazisidir\" - Berbok

Mən açıq şəkildə bəyan etmişəm ki, Qarabağ Azərbaycan ərazisidir və Azərbaycanın ərazi bütövlüyü Almaniya tərəfindən hər zaman dəstəklənib.

 

Manset.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

"Mən Qarabağdan köçmüş insanlarla görüşdüm, bu görüş mənim üçün vacib idi. Hesab edirəm ki, xarici siyasət yalnız diplomatların görüşündən ibarət olmamalıdır. Biz adi insanlarla görüşməli, onların hekayəsini bilməliyik", - nazir qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az