İlham Əliyev bu lövhənin sökülməsi ilə bağlı tapşırıq verdi

20:13 - 07 Noyabr 2023

İlham Əliyev bu lövhənin sökülməsi ilə bağlı tapşırıq verdi

Kəlbəcər rayonunun Vəngli kəndi işğal altında olarkən ermənilər tərəfindən azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən düzəldilən lövhə sökülüb.

 

Manset.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində səfərdə olan zaman lövhənin sökülməsi barədə göstəriş verib.

Dövlət başçısının göstərişi dərhal yerinə yetirilib, ərazidə kommunal-təsərrüfat işçiləri lövhəni söküblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az