Bakının bu məktəbində yoluxma qeydə alındı - Bir sinifdə bağlandı

14:59 - 05 Oktyabr 2021

Bakının bu məktəbində yoluxma qeydə alındı - Bir sinifdə bağlandı

162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin COVİD-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Bu barədə Manset.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

İdarədən qeyd olunub ki, hazırda məktəbdə əyani təhsil davam edir

"Paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub. Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır", - sorğunun cavabında bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az