"Tankların və döyüş maşınlarının heyətlərinin hazırlanması kursu" keçirilir - VİDEO

13:04 - 19 Fevral 2024

\"Tankların və döyüş maşınlarının heyətlərinin hazırlanması kursu\" keçirilir - VİDEO

Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda "Tankların və döyüş maşınlarının heyətlərinin hazırlanması kursu" keçirilir.

 

Bu barədə Manset.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Mexanik-sürücü və tuşlayıcı-operator ixtisasları üzrə gənc əsgərlərin cəlb edildiyi kursda şəxsi heyət tank və müxtəlif təyinatlı döyüş maşınlarının təbii və süni maneələri dəf edərək idarə olunması üzrə tapşırıqları icra ediblər.

Hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən kursda bütün növ şərait yaradılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az