Bələdiyyələrə verilən qəbiristanlıqların sayı AÇIQLANDI

14:14 - 19 Fevral 2024

Bələdiyyələrə verilən qəbiristanlıqların sayı AÇIQLANDI

Ölkədə 4204 qəbiristanlıq var, onların 3268-i bələdiyyələrə təhvil verilib.

 

Manset.az xəbər verir ki, bu barədə Regional məsələlər komitəsinin iclasında Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib.

O qeyd edib ki, hələ 900-dən çox qəbiristanlıq təhvil verilməyib.

"Bunun bir neçə səbəbi var. Bəzi qəbiristanlıqların sənədləri olmadığı üçün iş prosesi uzanır. Bəzi rayon icra hakimiyyətlərində də bununla əlaqədar komissiya yaradılsa da, bu komissiyaların işi dayandırılıb. Yaxın zamanda qəbiristanlıqlar bələdiyyələrə təhvil verilməsinə başlanılacaq”,- deyə nazir müavini bildirib.

Xatırladaq ki, 2018-ci ildə Milli Məclisin qəbul etdiyi qanuna dəyişikliklə Azərbaycanda qəbiristanlıq əraziləri bələdiyyələrin səlahiyyətinə verilib


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az