Tunellərin və tunel daxili yol elementlərinin təmizlənməsi işləri aparılır - VİDEO

17:42 - 19 Fevral 2024

Tunellərin və tunel daxili yol elementlərinin təmizlənməsi işləri aparılır - VİDEO

Yağan yağıntılar və intensiv hərəkət nəticəsində paytaxt ərazisində palçıq və toz basmış avtomobil tunelləri və tunel daxili yol elementlərinin xüsusi təyinatlı işçi heyəti tərəfindən təmizlənməsi işləri aparılır.

 

Manset.az xəbər verir ki, sözügedən işlər zamanı tunellərin giriş-çıxışları, divarları, tuneldaxili yol nişanları, işıqəksetdiricilər, əyri xətli dəmir tirlər və s. xüsusi təyinatlı maşınlar vasitəsi ilə təzyiqli su verilərək yuyulur.

Sadalanan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.

Sürücülərdən xahiş olunur ki, iş aparılan ərazilərdə diqqətli olsunlar, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etsinlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az