"Molokan" bağının ətrafı niyə "HASARLANIB"? - BŞİH səbəbi AÇIQLADI

17:36 - 16 May 2024

\"Molokan\" bağının ətrafı niyə \"HASARLANIB\"? - BŞİH səbəbi AÇIQLADI

Paytaxtın Xaqani, Qoqol, Rəsul Rza, Ü.Hacıbəyov küçələrinin kəsişməsində yerləşən “Xaqani” parkının (keçmiş “Molokan” bağı) Fəvvarələr meydanına çıxışı hissəsində ticarət mərkəzinin yanı ilə dəmir sədd çəkildiyini əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

 

Manset.az xəbər verir ki, Trend-in sorğusuna cavab verən Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məsələyə aydınlıq gətirib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, əraziyə çəkilən dəmir lövhələrin səbəbi orada aparılması nəzərdə tutulan abadlıq işləri ilə bağlıdır:

"Baki şəhər İcra hakimiyyətindən bildirildi ki, hazırlanmış xüsusi layihə əsasında “Xəqani” bağı və ətraf ərazilərin abadlaşdırılması həyata keçirilir. Sakinlərin müraciətləri əsasında aparılan işlər çərçivəsində parkın ərazisi genişləndiriləcək və piyadaların istifadəsinə veriləcək".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az