Azərbaycan cüdoçusu 1/4 finalda uduzdu - Medal şansı qalır (YENİLƏNİB)

14:20 - 02 Avqust 2024

Azərbaycan cüdoçusu 1/4 finalda uduzdu - Medal şansı qalır (YENİLƏNİB)

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

 

Manset.az-ın məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Minjonq Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib.

Rəqibinə uduzan Kokauri təsəlliverici qarşılaşmaya qatılacaq.

Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.

***

13:25

Azərbaycan cüdoçusu Uşangi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

 

Manset.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Martti Pumalainen (Finlandiya) ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kokauri 1/4 finala vəsiqə qazanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az