Uill Smit Bakıda çıxış edəcək

15:27 - 02 Avqust 2024

Uill Smit Bakıda çıxış edəcək

Hollivud ulduzu Uill Smit Bakıda çıxış edəcək.

 

Manset.az bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin sosial şəbəkə hesablarında yaydığı məlumatına istinadən xəbər verir.

Məlumata görə, Uill Smitin çıxışı sentyabrın 13-də "Formula-1" üzrə Azərbaycan Qran-prisinin ilk günü "Crystal Hall"da olacaq.

Konsertə giriş yalnız Qran-priyə bilet alanlar üçün mümkün olacaq.

Qeyd edək ki, builki Azərbaycan Qran-prisi sentyabrın 13-15-də Bakıda keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az