Azərbaycan dili ilə bağlı qaydanı pozan müəssisələrin sayı məlum oldu

16:00 - 02 Avqust 2024

Azərbaycan dili ilə bağlı qaydanı pozan müəssisələrin sayı məlum oldu

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak bazarına nəzarət tədbirləri çərçivəsində 21 müəssisənin idxal etdiyi 4 adda qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkar olunub.

 

Manset.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

"Pozuntu hallarının aradan qaldırılması məqsədilə həmin müəssisələrə ünvanlanan bildirişlər əsasında 18 müəssisə məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsini təmin edib, digər müəssisələrlə bağlı işlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az