Türkiyəyə göndərilən Amfibiya təyyarəmiz iş başında - VİDEO

09:59 - 19 Avqust 2024

Türkiyəyə göndərilən Amfibiya təyyarəmiz iş başında - VİDEO

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
 

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Ötən gün ərzində Muğla-Ula istiqamətində fəaliyyət göstərmiş təyyarə 12 dəfə suboşaltma əməliyyatı yerinə yetirməklə meşədəki yanğın ocaqlarına ümumilikdə 114 ton su töküb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az