Dilarə Əliyevanın beyninə qan sızan qardaşı əməliyyat olundu - Vəziyyəti necədir?

18:07 - 20 İyun 2025

Dilarə Əliyevanın beyninə qan sızan qardaşı əməliyyat olundu - Vəziyyəti necədir?

Aktyor Vüsal Murtuzəliyev əməliyyat olunub.


Manset.az-ın məlumatına görə, aktyor Vüsal Murtuzəliyev uğurla əməliyyat olunub. Bildirilir ki, hazırda onun vəziyyəti stabildir.


***

17:14

Xəbər verdiyimiz kimi, dünən tanınmış aktyor Vüsal Murtuzəliyevin beyninə qan sızıb. O, Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, Vüsal Murtuzəliyev bu gün Respublika Diaqnostika Mərkəzinə aparılıb. Orada o, MRT və Kompüter Tomoqrafiyası (KT) müayinələrindən keçib. Müayinə zamanı aktyorun beyin damarlarında tutulma aşkar edilib. Bu səbəbdən həkimlər onun təcili əməliyyat olunmasına qərar veriblər. Vüsal Murtuzəliyev yaxın saatlarda əməliyyat olunacaq.

Qeyd edək ki, Vüsal Murtuzəliyev əməkdar artist Dilarə Əliyevanın qardaşıdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az