“28 May” metrosunun yaxınlığında aksiya keçirmək cəhdinin qarşısı alınıb - DİN

17:06 - 11 Dekabr 2021

“28 May” metrosunun yaxınlığında aksiya keçirmək cəhdinin qarşısı alınıb - DİN

Bu gün – dekabrın 11-də saat 15 radələrində 8-10 nəfərdən ibarət bir qrup şəxs metronun “28 May” stansiyasının yaxınlığında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış toplantı keçirməyə cəhd göstərib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov Manset.az-a bildirib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıb.

Qeyd olunub ki, hadisə ilə əlaqədar saxlanılan olmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az