Qızılın qiyməti tarixi maksimumunu yenilədi

01:30 - 10 Sentyabr 2025

Qızılın qiyməti tarixi maksimumunu yenilədi

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabrında çatdırılma ilə qızıl füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və bir trua unsiyası üçün 3700 dollar göstəricisini keçib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bunu ticarət platformasının məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 17:27-yə olan məlumata görə, qiymətli metalın qiyməti 1 trua unsiyası üçün 3 701,7 dollar (+0,43%) təşkil edib. Bakı vaxtı ilə saat 17:32-yə olan məlumata görə, qızıl qiymət artımı sürətlənərək, 1 trua unsiyası üçün 3 702,8 dollara (+0,46%) alqı-satqı edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az