ADU Macarıstanda Azərbaycan dili fənninin tədrisinə başladı - FOTOLAR

15:03 - 18 Sentyabr 2025

ADU Macarıstanda Azərbaycan dili fənninin tədrisinə başladı - FOTOLAR

15 sentyabr 2025-ci il tarixində Macarıstanın ən qədim ali təhsil ocaqlarından biri olan Eötvös Loránd Universitetində (ELTE) Azərbaycan dili fənnindən ilk dərs keçirilib.


Bu, Macarıstanda ali təhsil müəssisəsində Azərbaycan dilinin tədrisinin başlanması baxımından mühüm hadisədir. Dərs Azərbaycan Dillər Universiteti ilə ELTE Universiteti arasında imzalanmış əməkdaşlıq çərçivəsində yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə təşkil olunub.

İlk dərsi Azərbaycan dili müəllimi Fərqanə Bayramlı aparıb. Dərsə qatılan macar tələbələr Azərbaycan dilinə, tarixinə və zəngin mədəniyyətinə böyük maraq göstəriblər. Onlar dilimizi öyrənmək və Azərbaycan mədəniyyətini yaxından tanımaq istəklərini xüsusi vurğulayıblar.

Hadisə yalnız iki ölkə arasında təhsil və mədəniyyət əlaqələrinin güclənməsinə deyil, həm də xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az