İnnovasiya və sürət
lideri “Bakcell” regionun ən mühüm texnoloji tədbiri – “INMerge” İnnovasiya
Sammitinin tərəfdaşıdır. Tədbir çərçivəsində “Bakcell”in Azərbaycanda tətbiq
etdiyi innovativ texnologiyalar və süni intellekt əsaslı həlləri təqdim
olunacaq.
Tədbirin ilk günündə
“Bakcell”in baş icraçı direktoru Klaus Müller maliyyə və telekommunikasiya sahələri
arasında qarşılıqlı imkanlar mövzusuna həsr olunacaq panel müzakirədə çıxış edəcək.
Bundan əlavə, sammit zamanı iştirakçılar “Bakcell”in stendində şirkət tərəfindən
təqdim olunan ən son innovativ xidmət və məhsullarla tanış olmaq imkanı əldə edəcəklər.
“Bakcell” təqdim etdiyi innovasiya və süni intellekt əsaslı həllərlə Azərbaycanın rəqəmsal transformasiya və texnologiya ekosisteminin inkişafı istiqamətində daim təşəbbüslər həyata keçirir. Bununla yanaşı, şirkət dayanıqlı inkişaf və korporativ məsuliyyət strategiyası çərçivəsində innovasiya və süni intellekt sahəsində genişmiqyaslı fəaliyyətini davam etdirir.
"PAŞA Holding" tərəfindən təşkil olunan "INMerge"
İnnovasiya Sammiti 29-30 sentyabr tarixlərində Bakıda keçiriləcək və 30-dan çox
ölkədən 1,000-dən artıq təsisçi, investor, korporativ lider və siyasətçini bir
araya gətirəcək. İki gün davam edəcək sammitdə iştirakçılara yüksəksəviyyəli
çıxışlar, panel müzakirələri, startap müsabiqələri və şəbəkələşmə imkanları təqdim
olunacaq. Bu ilki sammitə “IBM”, “Microsoft”, “Netflix”, “Pixar” kimi bir çox
qlobal və yerli şirkətlərin rəhbər və nümayəndələri qatılacaqlar.
"Bakcell"
haqqında
"Bakcell"
Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət
üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri
ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ
həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell"
müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər
qrupunun tərkibinə daxildir.