Qəhvə uşaqlar üçün zərərlidirmi?

00:30 - 25 Sentyabr 2025

Qəhvə uşaqlar üçün zərərlidirmi?

ABŞ alimlərinin yeni araşdırmasına görə, kofein 9–10 yaşlı uşaqların beyin fəaliyyətinə əhəmiyyətli təsir göstərmir.


Manset.az Ölkə.az-a istinadən xəbər verir ki, kofein böyüklərdə diqqət və daxili düşüncə ilə bağlı beyin şəbəkələrinin fəaliyyətini dəyişdirə bilər.

Lakin 4673 uşaq üzərində aparılan funksional MRT analizləri göstərib ki, həm təsadüfi, həm də müntəzəm kofein qəbulu uşaqların diqqət və daxili düşüncə şəbəkələri arasındakı əlaqəyə təsir etmir.

Tədqiqat müəllifi, Şimali Karolina Universitetinin professoru Orrin Uer qeyd edib ki, yaş və cins faktorları nəzərə alındıqda, kofein istifadəsi ilə beyin şəbəkələri arasındakı anti-korrelyasiya arasında heç bir əlaqə müşahidə olunmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az