“Kontakt” mağazalar şəbəkəsi sosial məsuliyyətini
bu dəfə tamam fərqli addımla göstərir. Belə ki, şəbəkə yeni tədris ilində region
mağazalarında xüsusi “dərs otağı” yaradaraq ucqar bölgələrdəki məktəblilərə açıq
qapı təqdim edir.
“Təhsil üçün yanındayıq #yaxındayıq” adlanan bu layihə
ilkin mərhələdə 5 region – Quba, Bərdə, Göyçay, Masallı və Zaqatala mağazasını
əhatə edir. Buradakı “dərs otaqları” məktəblilərin rahatlıqla dərslərinə
hazırlaşa bilməsi üçün tam şəraitlə – notbuk, printer, masa-stul dəsti və
digər ləvazimatlarla təchiz olunub.
Şəbəkə “dərsini burada et” devizi altında
yaratdığı bu zonalarda texnologiyaya çıxışı məhdud olan uşaqlara bərabər
imkanlar təqdim etməyi, onların öyrənmə bacarıqlarını və gələcək
potensiallarını inkişaf etdirməyi hədəfləyir.
Bu layihə həm də təsirli təqdimat videoçarx
ilə diqqət çəkir. Çarx izləyicilərə bir uşağın gələcəyini dəyişmək üçün hər
zaman böyük imkanlara ehtiyac olmadığını xatırladır. “Kontakt” bu videoçarx ilə
göstərir ki, bəzən bütün fərqi yaradan sadəcə kiçik bir masa, bir notbuk və
açıq bir qapıdır.
Və ona görə də layihənin maraq görən
videoçarxında da deyilən çağırışa biz də qoşuluruq: Təhsil üçün yanındayıq
#yaxındayıq.
Layihənin texniki dəstəkçisi qismində isə “Caetono Distribution” çıxış edir.
Qeyd edək ki, sosial məsuliyyət layihələri
ilə hər zaman seçilən “Kontakt” illərdir “Təhsil Proqramı” çərçivəsində Azərbaycanın
müxtəlif bölgələrində davamlı layihələr həyata keçirir və bu istiqamətdə fəaliyyətini
gələcəkdə də aktiv şəkildə davam etdirməyi planlaşdırır.