Bu
gündən etibarən “iPhone 17” və “iPhone Air” seriyasının Azərbaycanda rəsmi
satışlarına start verildi. “Apple”ın ölkəmizdəki rəsmi tərəfdaşı “Kontakt” ən
son model “iPhone”ları öz alıcılarına ən tez çatdırmaq üçün isə gecə saat
00:01-də satışlara başladı.
Sentyabrın
26-sı gecənin ilk dəqiqələrində “iPhone 17” və “iPhone Air” seriyasının
ilk sahiblərindən olmaq istəyən yüzlərlə şəxs “Kontakt”ın “Nərimanov” mağazasının
qarşısına toplanmışdı. Gecə olmasına baxmayaraq, yeni “iPhone” seriyası çox
böyük maraqla qarşılandı. Hətta, 2 saat tamamlanmadan “iPhone 17 Pro” və “iPhone
17 Pro Max” modellərinin bütün ilkin stokları tükəndi. Bu isə “Kontakt” tarixində
ən sürətli satılan seriya kimi qeydə alınıb. Alıcıların marağı xüsusilə rəng
seçimində özünü göstərdi – seriyanın “Cosmic Orange” və “Deep Blue” rəngləri
ilk gündən ən çox tələb olunan olub.
Gecə
satışına qatılan alıcılar həm də xoş sürprizlərlə qarşılaşıblar. Belə ki, şəbəkə
məhz gecəyə özəl yeni “Apple” məhsullarından 3100 manatadək dəyəri olan
müxtəlif hədiyyələr təqdim edib.
Üstəlik, “Kontakt”da “iPhone 17”ə nağd
alışda xüsusi güzəştlərlə sahib olmaq da fürsəti də verilir. Belə ki, burada “iPhone
17” 146 manatdan, “iPhone 17 Pro” modelləri 200 manatdan, “iPhone Air” isə 182
manatdan başlayan qiymətləro və elə endirimli qiyməti 18 ayadək hissəli ödəniş
şərtləri ilə siz alıcılara təklif olunur.
Şəbəkənin mağazalarından aldığımız məlumata əsasən,
hazırda “iPhone 17” seriyasının bütün rəng və yaddaş növləri müntəzəm olaraq
yenilənir. Lakin, sürətlə tükənməsi səbəbindən alıcılara fürsəti vaxtında
dəyərləndirmələri tövsiyə olunur. İstənilən modeli əldə etmək üçün "Kontakt"
mağazalarına və ya kontakt.az saytına
müraciət edə bilərsiniz.
Qeyd edək ki, “Kontakt” mağazalar şəbəkəsi
Azərbaycanda “Apple” brendinin rəsmi satış mərkəzidir və burada bütün məhsullar
qlobal zəmanətlə, orijinallığına tam təminatla təqdim olunur.