Artıq 4 ildən
çoxdur ki, ölkəmizi xaricdə uğurla təmsil edən “Kontakt” Gürcüstanda yeni
nailiyyətə imza atdı. Şirkət paytaxt Tbilisinin ən iri və ən çox ziyarət edilən
ticarət mərkəzlərindən biri – “East Point”də sayca 5-ci mağazasının açılışını
gerçəkləşdirdi.
Cəmi bir neçə gün əvvəl baş
tutmuş bu təntənəli açılış tədbirində ziyarətçiləri geniş məhsul çeşidi, xüsusi
endirimlər və hədiyyələr sevindirdi. Tərəfdaş brendlərin təşkil etdiyi xüsusi
tiraj və sürprizlər açılışa ayrıca rəng qatdı.
Gürcüstanlı müştərilər üçün
“Kontakt” mağazaları bir çox səbəblərə görə birinci seçilən ünvandır. Burada həm
sərfəli qiymətlər, həm də rahat ödəniş şərtləri təqdim olunur. Müasir və zövqlə
qurulmuş atmosfer isə alış-verişi komfortlu və yadda qalan bir təcrübəyə
çevirir.
Qeyd edək ki, “Kontakt”
2021-ci ildə Gürcüstan bazarına daxil olub və qısa müddətdə bazarın əsas
oyunçularından birinə çevrilib. Azərbaycanda olduğu kimi Gürcüstanda da şəbəkə
bir çox qlobal brendlərin rəsmi tərəfdaşı rolunda çıxış edir. Bu 4 ildə “Kontakt”
Gürcüstanda alıcılara minlərlə çeşid ilə seçim imkanı yaradıb və daxili
faizsiz kredit sistemi təklif edən ölkədəki yeganə şəbəkədir. Şəbəkənin
e-ticarət platforması – kontakt.ge isə ayrıca
rahat alış imkanlarını təmin edir. Xüsusi olaraq qeyd edilməlidir ki, platforma
sürətli çatdırılma xidməti ilə seçilir: Tbilisi və Batumidə çəkisi 15
kiloqrama qədər olan məhsullar cəmi iki saat ərzində ünvanlara
çatdırılır.
Xatırladaq ki, hazırda şəbəkə
Azərbaycan üzrə ümumilikdə 50-dən çox, Gürcüstanda 5 mağaza, kontakt.az və kontakt.ge onlayn mağazaları ilə fəaliyyət göstərir. Şəbəkə
ilin sonunadək həm Tbilisidə, həm də ölkənin digər bölgələrində yeni mağazalar
açmağı planlaşdırır.