Bu ərazilərdə 100 mindən çox qanunsuz su istifadəçisi var

17:59 - 30 Sentyabr 2025

Bu ərazilərdə 100 mindən çox qanunsuz su istifadəçisi var

Bakı və Abşeron yarımadasının bir sıra ərazilərində plansız və qanunsuz tikililər mövcuddur.


Manset.az xəbər verir ki, bunu jurnlalistlərə açıqlamasında Dövlət Su Ehtiyatları Agentlitinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.

O qeyd edib ki, bu məsələ bütün dövlət qurumlarının nəzarətindədir:

“Bununla bağlı aidiyyəti qanunvericiliyə, sahəvi qanunvericiliyə müvafiq dəyişikliklər də hətta keçirilir və qanunsuz tikililərin qarşısının alınması üçün hər bir aidiyyəti dövlət qurumu tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Lakin buna baxmayaraq bu tikililər əvvəllər də olub, indi də bəzi hallarda davam edir. Bunlar tikinti üçün tutulmayan ərazilərdə baş verib. Bunlar müvafiq kommunikasiya infrastrukturu, su, qaz xətlərinin və tullantı suları infrastrukturunun olmadığı ərazilərdir və burada tikilən obyektlərə də təbii sənədlər verilmir".

İlham Bayramov bildirib ki, bu gün ilkin hesablamalara görə, Bakı və Abşeronda 100 mindən çox qanunsuz su istifadəçisi mövcuddur:

“Yəni, tikili var, orada yaşayış var, sudan istifadə edən qanunsuz yolla suya istifadəyə qoşulub. Lakin onların heç biri faktiki olaraq abonent deyil. Yəni, onlara qurumlar tərəfindən su və kanalizasiya xidmətləri göstərilməyib, sayğaclar quraşdırılmayıb və bu özü-özlüyündə böyük su itkisinə gətirib çıxardır və bu səbəbdən də həm itkilərin həcminə böyük təsir göstərir, eyni zamanda bu, xidmət səviyyəsini mümkünsüz edir. Amma bununla bağlı sistemli tədbirlər həyata keçirilir və artıq bir neçə ildir ki, Bakı şəhərində inşa edilmiş qeyri-yaşayış sahələrinin sənədləşməsi və kommunal xidmətlərə qoşulması istiqamətində mərkəzləşmiş qaydada iş aparılır. Bu günə artıq 16 mindən çox qeyri-yaşayış obyekti bu çərçivədə tam bəlli prosedurlarla, elektron sistemlər vasitəsilə çox şəffaf şəkildə sənədləşdirilib və müvafiq sənədlərlə, xidmətlərlə təmin olunub. Düşünürəm ki, yaşayış evləri ilə bağlı bu istiqamətdə müəyyən işlər hələ həyata keçiriləcəkdir və bu məsələ daimi gündəmdədir”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az