Sumqayıtda klinikaların birində ölüm qeydə alınıb.
Manset.az xəbər verir ki, hadisə ötən gün saat 11 radələrində şəhərdəki 45-ci məhəllənin ərazisində yerləşən 3 saylı Ailə Sağlamlıq Klinikasında baş verib.
Belə ki, Sumqayıt sakini 1953-cü il təvəllüdlü Nigar Ağabəy qızı Babaxanova klinikada ona vurulan iynənin təsirindən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.