Bu problem valideynləri özündən çıxardı: “Mənim imkanım yoxdur ki...” - VİDEO

21:49 - 26 Noyabr 2025

Bu problem valideynləri özündən çıxardı: “Mənim imkanım yoxdur ki...” - VİDEO

Bir sırada hərfləri öyrənməli olan birincilər, digərində isə artıq məntiqi tapşırıqlara keçməli olan üçüncü siniflər.


Manset.az Baku TV-yə istinadən xəbər verir ki, Siyəzən rayonunun Rasim Abdulrəhmanov adına Gilgilçay qəsəbə tam orta ümumtəhsil məktəbində onlar eyni sinifdə istəmədən bir-birlərinə mane olurlar.

Üçüncülər təkrar dərslərdən sıxıldığı halda, birincilərin diqqətini hansısa nağıl qəhrəmanından hərflərə doğru yönəltmək az qala mümkünsüz olur. Regionların bir çoxunda, xüsusilə kənd və qəsəbə məktəblərində bu hal tez-tez müşahidə olunur.

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları"na əsasən, tam orta siniflərin təşkili üçün minimum şagird sayı təmin olunmalıdır.

Siyəzən rayonunun Rasim Abdulrəhmanov adına Gilgilçay qəsəbə tam orta ümumtəhsil məktəbində birinci sinifdə 5 şagird təhsil alır. Mövcud qaydalara görə, ibtidai təhsil səviyyəsinin bir sinfində şagird sayı 10 nəfərdən az olduqda, həmin sinif ibtidai təhsil səviyyəsinin digər bir sinfi ilə birləşdirilərək, komplekt siniflər təşkil olunur. Belə siniflərdə şagird sayı 18 nəfərdən çox olmamalıdır.

Daha öncə valideynlərlə görüş təşkil olunub və müraciətləri rəsmi olaraq mövcud qaydalar izah edilməklə cavablandırılıb. Şagirdlərin təhsil hüququnun təmin olunması məqsədilə onların qonşu məktəblərdə təhsillərini davam etdirmələri tövsiyə edilib. Ancaq başqa məktəb seçimi heç də hər valideyn üçün əlverişli deyil.

"Mənim uşağımı başqa məktəbə aparıb-gətirməyə imkanım yoxdur. İstəyirəm ki, öz kəndimdə oxusun. Uşaqların fikirləri bir-birində qalır. Müəllim 45 dəqiqə ərzində hansı sinfi öyrədə bilər?!", - deyə valideyn Nazilə Bayramova narazılığını bildirib.

Daha ətraflı videomaterialda:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az