Xurmanın faydaları 

08:30 - 02 Dekabr 2025

Xurmanın faydaları 

Qış mövsümünün ən çox istehlak olunan meyvələrindən biri olan xurmanın sağlamlığa bir sıra faydası var. Mütəxəssislərin sözlərinə görə, bu meyvə yüksək qida dəyəri ilə həm immuniteti gücləndirir, həm də orqanizmin enerji ehtiyacını qarşılayır.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, xurma tərkibindəki antioksidantlar sayəsində orqanizmi zərərli maddələrdən qoruyur, ürək-damar sisteminin fəaliyyətini dəstəkləyir və xolesterinin normallaşmasına kömək edir. Həmçinin liflə zəngin olduğuna görə həzmi yaxşılaşdırır və bağırsaq fəaliyyətini tənzimləyir.

Meyvənin tərkibindəki A və C vitaminləri dərinin sağlam qalmasına, görmə qabiliyyətinin qorunmasına və infeksiyalara qarşı müqavimətin artmasına şərait yaradır. Kaliumla zəngin olması isə qan təzyiqinin stabilləşməsinə müsbət təsir göstərir.

Mütəxəssislər bildirirlər ki, xurmanı həddindən artıq deyil, gündəlik ölçülü şəkildə qəbul etmək daha faydalıdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az