Yuxu pozanız psixi sağlamlığınız haqqında nə deyir?

01:30 - 02 Dekabr 2025

Yuxu pozanız psixi sağlamlığınız haqqında nə deyir?

İnsanın yuxuda yatdığı poza onun stres səviyyəsini və hətta emosional problemlərini dərhal müəyyən edə bilər.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, böyürüstə yatmaq beynin tullantılardan təmizlənməsinə kömək edə bilər ki, bu da potensial olaraq altsheymer xəstəliyi riskini azalda bilər.

Yatmazdan əvvəl sinir sistemini necə sakitləşdirmək olar?

Kaliforniya Universitetinin dosenti, psixiatr və yuxu mütəxəssisi Kenqbin Kevin İm bildirir ki, gecə özünü göstərən bəzi hallar, məsələn, dişlərin qıcırdılması və ya yuxuda qulaqları örtməyə çalışmaq - sinir sisteminin aktivləşməsi ilə bağlı ola bilər, amma onlar mütləq gün ərzindəki stresin səviyyəsini əks etdirmir.

Bu, sadəcə həmin anda bədəndə yaranan fiziki gərginliyin reaksiyası ola bilər. Bununla yanaşı, yuxuda gəzmək (somnambulizm), gecə qorxuları və digər motor fenomenlər həqiqətən çox yüksək stres yaşayan insanlarda daha çox görülür.

Əgər stres yuxunuza mane olursa, yatmazdan əvvəl sakitləşdirici rituallar yaratmaq və rahatlama texnikalarından istifadə etmək bədənə “artıq dincəlmək vaxtıdır” siqnalını göndərir.

Bədənə rahatlanmağa kömək edən üsullar:

• İşləri və gün içi narahatlıqları yataq otağından uzaq tutun

• Yatmazdan 3 saat əvvəl stimullaşdırıcı hər şeydən uzaq olun

• Yatmamışdan əvvəl mütərəqqi əzələ relaksasiyasını (proqressiv relaksasiya) tətbiq edin

Bu sadə addımlar daha sakit bir mühit yaratmağa və bədənin bərpasına imkan verir.

Harvarddan evolyusiya biologu Daniel E. Liberman  “8 saatlıq yuxu qaydası”nı mifik bir  anlayış kimi dəyərləndirərək, “sənaye dövrünün uydurması” adlandırıb və insanın təbii şəraitdə mütləq 8 saat yatdığına dair elmi sübut olmadığını deyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az