Azərbaycanda dekabrın 2-si saat 16:00-a olan faktiki hava şəraiti açıqlanıb.
Manset.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Belə ki, Şahbuz, Göygöl, Şəmkir, Gəncə, Qax, Quba, Qusar, Şabranda arabir yağış yağır. Kəlbəcər, Laçın, Daşkəsən, Şahdağ və Gədəbəyin yüksək dağlıq ərazilərində qar yağması müşahidə olunur.
Qeyd olunub ki, Naxçıvan, Şərur, Culfa, Sədərək, Quba, Qusar, Yevlax, Sabirabad, Hacıqabulda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.