Sərfəli
kredit axtarışında olanlar, bu xəbər sizin üçündür. Birbank digər banklarda
kredit öhdəliyi olan müştərilər üçün əsl bayram hədiyyəsi edir. Belə ki, indi digər banklardakı kreditlərini Birbank-a gətirən hər kəs təyin
olunan kredit faizinə 3% endirim qazanır.
Yeni ili çətin maliyyə hesabatları aparmadan, büdcə sıxıntısı çəkmədən
dolu-dolu yaşayın deyə bu şansı qaçırmayın.
3 dekabr-15 yanvar tarixlərini əhatə edən kampaniya müştərilərə daha
sərfəli kredit şərtləri ilə yanaşı aylıq ödənişlərin həcmini azaltmaq, kreditlərini
bir yerdən və vaxt itirmədən ödəmək imkanı yaradır.
Qeyd
edək ki, kampaniya 12 aylıq və daha çox müddətə rəsmiləşdirilən kreditlərə
şamil edilir. Kampaniya çərçivəsində Kapital Bank və ya istənilən digər bankdan
əməkhaqqı, yaxud təqaüd alanlar maksimum 50 000 manatadək nağd pul kreditini 59
ayadək müddətə əldə edirlər. Fürsətdən yararlanmaq və bayramı dolu-dolu yaşamaq üçün sizə ən yaxın Kapital Bank/Birbank filialına yaxınlaşa bilərsiniz.
Daim
ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə
nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115
filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı
altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank
isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul
və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196
Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz.