Nazir rəisi işdən çıxardı - Yeni təyinat

11:09 - 04 Dekabr 2025

Nazir rəisi işdən çıxardı - Yeni təyinat

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik-leytenant Əlfağa Ağayev vəzifəsindən azad edilib.


Manset.az Qaynarinfo-ya istinadən xəbə verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. 

Nazirin digər əmri ilə Əlfağa Ağayev Dövlət Yanğından Mühafizə Xidmətində Yanğından mühafizə şöbəsinin rəisi təyin olunub. 

Kəmaləddin Heydərov daxili xidmət mayoru Ceyhun Ramazanovu Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin edib. Ona polkovnik-leytenant rütbəsi verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az